
Vivo T3x smartfonu təqdimata hazırlaşır
Cihazlar+
05.04.2024
Farid
Vivo şirkəti öz yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, vivo T3x-dən gedir. Bu smartfon keçən ilin aprel ayında təqdim edilmiş vivo T2x-in davamçısı olacaq. Ortaya çıxmış məlumata əsasən vivo T3x smartfonu 4 nanometrlik Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Sözügedən smartfonun daha bir fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, 6000 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək. Bununla yanaşı smartfona stereo səsgücləndiricilər də quraşdırılacaq. Məlumata əsasən vivo T3x smartfonu bu ayın üçüncü həftəsində təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
