
Vivo T4 Ultra subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
12.06.2025
Emil
Vivo şirkəti T4 Ultra adlı yeni subflaqman smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və 5000 mAh-dan böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo T4 Ultra smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1260 piksel keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Üstəlik smartfonun gövdəsi IP6X standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.

Smartfon MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo T4 Ultra özündə 50 MP + 8 MP + 50 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo T4 Ultra 18 iyun tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 443$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
