Logo
    main-post-cover

    Vivo T4x 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.03.2025
    Emil
         Vivo şirkəti keçən ilki Vivo T3x 5G smartfonunun davamçısı olan Vivo T4x 5G-ni təqdim edib. Vivo-nun bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo T4x 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1050 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və üstəlik MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Vivo T4x 5G smartfonu MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo T4x 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 160$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş
    Bənzər xəbərlər
    vivo-v50-lite-smartfonunun-render-fotosu-ve-bezi-texniki-imkanlari-ortaya-cixib
    Cihazlar+

    Vivo V50 Lite smartfonunun render fotosu və bəzi texniki imkanları ortaya çıxıb

    Vivo şirkəti Vivo V50 Lite smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, təqdimata hazırlaşan sözügedən smartfon Google Play Consolde-da ortaya çıxıb.
    orta-budceli-vivo-y39-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Orta büdcəli Vivo Y39 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Vivo şirkəti Vivo Y39 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    orta-budceli-vivo-v50-smartfonu-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Orta büdcəli Vivo V50 smartfonu təqdim olunub - QİYMƏTİ

    Vivo şirkəti daha öncə də söz vermiş olduğu kimi Vivo V50 adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessoru və böyük həcmli batareyası ilə seçilir.
    vivo-v50-nin-teqdimati-resmi-sekilde-anons-edilib
    Cihazlar+

    Vivo V50-nin təqdimatı rəsmi şəkildə anons edilib

    Bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Vivo şirkəti sonunda Vivo V50 smartfonunun təqdimatını anons edib.
    vivo-v50-nin-resmi-render-fotolari-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Cihazlar+

    Vivo V50-nin rəsmi render fotoları və bəzi texniki imkanları təqdim edilib

    Vivo şirkəti bu ay ərzində Vivo V50 smartfonunu təqdim etməlidir. Smartfonun bu ayın ortasında təqdim olunacağı gözlənilir. Daha öncə Vivo V50-nin render fotosu ortaya çıxmışdı. İndi isə şirkət sözügedən smartfonun müxtəlif gövdə rənglərində rəsmi render fotolarını və onun barəsində bəzi məlumatları təqdim edib.