
Vivo V30 5G-nin dizaynı sərgilənib
Cihazlar+
01.02.2024
Emil
Keçən ayın ortasında məlumat ortaya çıxdı ki, vivo şirkəti vivo V30 smartfon seriyasının təqdimatına hazırlaşır. İndi isə insayderlər bu seriyaya daxil olacaq vivo V30 5G modelinin render fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfon hər tərəfdən əks olunub. Render fotodan da görmək olar ki, sözügedən yeni smartfon kənarları əyilmiş dizaynda reallaşdırılmış ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə düzbucaqlı formasında kamera yerləşəcək. Ümumilikdə smartfon xarici görünüş mövzusunda vivo S18-i xatırladır. Vivo V30 smartfon seriyasının nə zaman təqdim olunacağı hələ bilinmir.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
