main-post-cover

    Vivo V30 Pro-nun yeni render fotoları təqdim edilib

    Cihazlar+
    13.02.2024
    Emil Nəcəfov
         Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, vivo şirkəti vivo V30 Pro smartfonu üzərində çalışır. İndi isə 91mobiles saytı sözügedən smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Render fotolardan da görmək olar ki, vivo V30 Pro bazarda minimum iki gövdə rəngində satışa çıxacaq. Yaşıl və qara. Smartfon xarici görünüşcə vivo S18 Pro-ya bənzəyəcək. Texniki göstəricilərə gəldikdə isə vivo V30 Pro-nun 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1260 piksel keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunmalı və MediaTek Dimensity 8200 prosessoru vasitəsilə çalışmalıdır. Bununla yanaşı smartfonun özündə 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Vivo V30 Pro-nun yaxın zamanda təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo şirkəti vivo V30 Pro smartfonu üzərində çalışır
    vivo-sirketi-vivo-v30-pro-smartfonu-uzerinde-calisir
    Vivo V30 və V30 Pro smartfonları təqdimata hazırlaşırlar
    vivo-v30-ve-v30-pro-smartfonlari-teqdimata-hazirlasirlar