main-post-cover

    Vivo V40 Lite smartfonunun render fotosu ortaya çıxıb və texniki imkanları təqdim edilib

    Cihazlar+
    10.06.2024
    Emil Nəcəfov
         Vivo şirkətinin hal-hazırda üzərində çalışdığı vivo V40 smartfonunun keçən həftə render fotosu ortaya çıxmışdı. İndi isə vivo V40 seriyasına daxil olacaq daha bir smartfonun render fotosu ortaya çıxıb. Söhbət, vivo V40 Lite modelindən gedir. Bununla yanaşı 91mobiles saytı vivo V40 Lite modelinin texniki imkanları barəsində məlumatları da təqdim edib. Təqdim edilmiş render fotodan da görmək olar ki, vivo V40 Lite smartfonu kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək və ekran üzərində kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə dairəvi formalı kamera sahəsi yerləşəcək.
         Fotoya əsasən kamera sahəsinin daxilində 3 ədəd obyektiv və LED işıqlandırma yerləşəcək. Texniki göstəricilərə gəldikdə isə məlumata əsasən vivo V40 Lite smartfonu Full HD+ keyfiyyətli 6.78 düym AMOLED ekranı əldə edəcək, Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək. Məlumatda qeyd edilib ki, smartfon 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 44 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı əldə edəcək. Vivo V40 Lite smartfonunun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo V40 smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
    vivo-v40-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-teqdim-edilib
    Qatlana bilən vivo X Fold 3 Pro smartfonu qlobal bazarda təqdim edilib - QİYMƏTİ
    qatlana-bilen-vivo-x-fold-3-pro-smartfonu-qlobal-bazarda-teqdim-edilib-qiymeti
    Vivo X Fold 3 Pro-nun qlobal versiyasının təqdimatı anons edilib
    vivo-x-fold-3-pro-nun-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Qatlana bilən vivo X Fold 3 Pro qlobal bazarda yaxın həftələrdə təqdim oluna bilər
    qatlana-bilen-vivo-x-fold-3-pro-qlobal-bazarda-yaxin-heftelerde-teqdim-oluna-biler
    Vivo X100 Ultra smartfonu təqdim olunub - QİYMƏTİ
    vivo-x100-ultra-smartfonu-teqdim-olunub-qiymeti