main-post-cover

    Vivo V40 SE 4G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.07.2024
    Emil Nəcəfov
         Vivo şirkəti heç gözlənilmədən Avropa bazarında vivo V40 SE 4G adlı yeni smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə vivo V40 SE 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Bununla yanaşı smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və o özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Vivo V40 SE 4G smartfonu Snapdragon 685 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V40 SE 4G qutudan Android 14 vasitəsilə çalışır. Smartfon artıq satışa çıxıb. Məsələn Çexiyada onu 196 avroya əldə etmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo V40 Pro smartfonu Geekbench testlərindən keçib
    vivo-v40-pro-smartfonu-geekbench-testlerinden-kecib
    Vivo X200 smartfonlarının ekranları barəsində məlumatlar verilib
    vivo-x200-smartfonlarinin-ekranlari-baresinde-melumatlar-verilib
    Vivo Pad 3 subflaqman planşeti təqdim edilib - QİYMƏTİ
    vivo-pad-3-subflaqman-planseti-teqdim-edilib-qiymeti
    Qlobal bazarda vivo V40 və V40 Lite smartfonları təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-vivo-v40-ve-v40-lite-smartfonlari-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo Y28 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y28-4g-smartfonu-teqdim-edilib-qiymeti