Logo
    main-post-cover

    Vivo V40 smartfonunun render fotosu və texniki imkanları təqdim edilib

    Cihazlar+
    06.06.2024
    Emil
         Vivo şirkəti artıq vivo V30 smartfon seriyasının bir neçə modelini təqdim edib. İndi isə şirkət vivo V40 smartfonu üzərində çalışır. 91mobiles saytı öz növbəsində hazırlanan bu yeni smartfonun texniki imkanlarını və render fotosunu təqdim edilb. Beləliklə təqdim edilmiş məlumatlara əsasən vivo V40 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekranı əldə edəcək və ekranın kənarları əyilmiş dizaynda hazırlanacaq.
         Smartfon Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq və onun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Məlumatlarda qeyd edilib ki, vivo V40 özündə 50 MP + 50 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirəcək. Smartfon bir versiyada təqdim ediləcək və o, 8 GB RAM ilə 256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edəcək. Batareyaya gəldikdə isə vivo V40 smartfonu 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Vivo V40-ın nə zaman təqdim olunacağı bilinmir
    Paylaş