main-post-cover

    Vivo V40 və V40 Pro smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.08.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo V40 smartfon seriyasını təqdim edib. Yeni seriyaya iki model daxil olub. Adi vivo V40 və V40 Pro. Bu yeni smartfonlar həm xarici görünüşcə həm də bəzi texniki özəlliklər baxımından bir-birilərinə bənzəyirlər. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1260 piksel keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Bununla yanaşı hər iki smartfonda ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda hazırlanıb. Adi vivo V40 modeli Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib.
         Vivo V40 Pro-ya gəldikdə isə o, MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Vivo V40 modeli 50 MP + 50 MP ikili arxa kameraya, vivo V40 Pro modeli isə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya sahibdir. Ön kamera hər iki smartfonda eynidir. Söhbət, 50 MP-lik ön kameradan gedir. Batareya mövzusuna gəldikdə isə burda da smartfonlar oxşardırlar. Belə ki, hər iki smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu smartfonlar artıq Hindistanda satışa çıxıblar. Vivo V40-ın qiyməti 480$-dan, vivo V40 Pro-nun qiyməti isə 655$-dan start götürür. Smartfonların digər regionlarda satışa çıxıb-çıxmayacaqları bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X200-ün keyfiyyətli maket fotoları ortaya çıxıb
    vivo-x200-un-keyfiyyetli-maket-fotolari-ortaya-cixib
    İlin sonuna kimi təqdim ediləcək Vivo X200 smartonu barəsində yeni məlumatlar verilib
    ilin-sonuna-kimi-teqdim-edilecek-vivo-x200-smartonu-baresinde-yeni-melumatlar-verilib
    Vivo gələn il qarışıq reallıq cihazını təqdim edəcək
    vivo-gelen-il-qarisiq-realliq-cihazini-teqdim-edecek
    Vivo V40 SE 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    vivo-v40-se-4g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo V40 Pro smartfonu Geekbench testlərindən keçib
    vivo-v40-pro-smartfonu-geekbench-testlerinden-kecib