Logo
    main-post-cover

    Vivo V50 Lite 4G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.03.2025
    Emil
         Vivo şirkəti Vivo V50 Lite 4G adlı yeni smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Vivo V50 Lite 4G smartfonu özündə yastı gövdə dizaynını birləşdirir. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir.
         Smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 685 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo V50 Lite 4G özündə 50 MP + 8 MP ikili arxa kamera ilə 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V50 Lite 4G artıq Türkiyədə satışa çıxıb və onun orda qiyməti 518$ təşkil edir.
    Paylaş