Logo
    main-post-cover

    Vivo V50 Lite 4G smartfonunun render fotoları və texniki imkanları təqdim edilib

    Cihazlar+
    13.03.2025
    Emil
         Vivo şirkəti qlobal bazarda Vivo V50 Lite 4G smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə sözügedən yeni smartfonun render fotoları və texniki imkanları təqdim edilib. Beləliklə təıqdim edilmiş fotolara əsasən Vivo V50 Lite 4G smartfonu yastı ekran dizaynını əldə edəcək və onun arxa panelində oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə iki ədəd kamera ilə LED işıqlandırma mövcud olacaq.
         Məlumatda qeyd edilib ki, Vivo-nun qlobal bazar üçün nəzərdə tutulmuş bu yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 685 prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda Vivo V50 Lite 4G smartfonu 50 MP + 2 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Vivo V50 Lite 4G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Mənbə: 91mobiles
    Paylaş