Logo
    main-post-cover

    Vivo V50-nin təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    07.02.2025
    Emil
         Bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Vivo şirkəti sonunda Vivo V50 smartfonunun təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Vivo V50 smartfonu 17 fevral tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, son günlərdə Vivo V50 barəsində olduqca çoxlu sayda məlumat ortaya çıxıb.
         Vivo hətta rəsmi şəkildə sözügedən smartfonun render fotolarını və bəzi texniki imkanlarını da təqdim edib. Həmin render fotolardan artıq məlumdur ki, smartfon yuvarlaq kənar hissələrə sahib gövdə dizaynını əldə edəcək. Onun arxa panelinin yuxarı sol hissəsində isə oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 2 ədəd kamera mövcud olacaq.
         Rəsmi məlumata əsasən smartfon özündə 50 MP + 50 MP iklili arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirəcək. Bundan əlavə olaraq Vivo rəsmi şəkildə təsdiqləyib ki, Vivo V50-nin gövdəsi IP68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahib olacaq və 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, smartfonun Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Mənbə: Gadgets360
    Paylaş
    Bənzər xəbərlər
    vivo-v50-nin-resmi-render-fotolari-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Cihazlar+

    Vivo V50-nin rəsmi render fotoları və bəzi texniki imkanları təqdim edilib

    Vivo şirkəti bu ay ərzində Vivo V50 smartfonunu təqdim etməlidir. Smartfonun bu ayın ortasında təqdim olunacağı gözlənilir. Daha öncə Vivo V50-nin render fotosu ortaya çıxmışdı. İndi isə şirkət sözügedən smartfonun müxtəlif gövdə rənglərində rəsmi render fotolarını və onun barəsində bəzi məlumatları təqdim edib.
    teqdimata-hazirlasan-vivo-v50-nin-ilk-resmi-tizer-fotosu-teqdim-edilib
    Cihazlar+

    Təqdimata hazırlaşan Vivo V50-nin ilk rəsmi tizer fotosu təqdim edilib

    Vivo şirkəti aktiv şəkildə Vivo V50 smartfon seriyasının təqdimatına hazırlaşır. Gözləntilərə əsasən bu seriyaya 2 model daxil olacaq. Vivo V50 və V50 Pro. Keçən həftə 91mobiles saytı Vivo V50-nin keyfiyyətli render fotosunu təqdim etdi. İndi isə Vivo şirkəti özü rəsmi şəkildə Vivo V50 seriyasının ilk tizer fotosunu bölüşüb.
    vivo-v50-nin-yeni-render-fotosu-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Cihazlar+

    Vivo V50-nin yeni render fotosu və bəzi texniki imkanları təqdim edilib

    Artıq məlumdur ki, Vivo şirkəti Vivo V50 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Buna görə də sözügedən smartfon seriyası barəsində məlumatlar tədricən ortaya çıxır.
    bu-il-nazik-govdeli-smartfonlarin-ili-olacaq
    Cihazlar+

    Bu il nazik gövdəli smartfonların ili olacaq

    Görünür, bu il nazik gövdəli smartfonların ili olacaq. Samsung 22 yanvar tarixində Galaxy Unpacked 2025 tədbirinin sonunda nazik gövdəli Galaxy S25 Edge smartfonunu anons etdi.
    vivo-v50-smartfonunun-real-fotolari-ve-bezi-texniki-imkanlari-ortaya-cixib
    Cihazlar+

    Vivo V50 smartfonunun real fotoları və bəzi texniki imkanları ortaya çıxıb

    Keçən ilin sonuna yaxın məlumat ortaya çıxdı ki, Vivo şirkəti Vivo V50 smartfon seriyası üzərində çalışır. İndi isə məlum olub ki, bu seriyaya daxil olacaq adi Vivo V50 modelinin real fotoları və bəzi texniki imkanları ortaya çıxıb.