
Vivo V50 smartfonunun real fotoları və bəzi texniki imkanları ortaya çıxıb
Cihazlar+
17.01.2025
Emil
Keçən ilin sonuna yaxın məlumat ortaya çıxdı ki, Vivo şirkəti Vivo V50 smartfon seriyası üzərində çalışır. İndi isə məlum olub ki, bu seriyaya daxil olacaq adi Vivo V50 modelinin real fotoları və bəzi texniki imkanları ortaya çıxıb. Beləliklə ortaya çıxmış fotolara əsasən Vivo V50 smartfonu kənarları bir qədər əyilmiş ekran dizaynını əldə edəcək. Bununla yanaşı smartfonun gövdəsinin kənar hissələri yuvarlaq formada olacaqlar.
Smartfonun arxa panelində oval formalı böyük kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 2 ədəd kamera mövcud olacaq. Məlumatda qeyd edilib ki, Vivo V50 smartfonu 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edəcək. Bununla yanaşı smartfon özündə 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Vivo V50 smartfon seriyasının nə zaman təqdim olunacağı bilinmir.




Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
