Logo
    main-post-cover

    Vivo və Oppo üçün olan məşhur telefoto extender artıq iPhone-lara da gəlir

    Cihazlar+
    02.02.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Vivo və Oppo flaqman smartfonları üçün hazırladığı rəsmi telefoto extender aksesuarları ilə tanınan istehsalçı PGYTech indi oxşar bir həlli iPhone istifadəçiləri üçün təqdim edib. Şirkət iPhone-lar üçün hazırlanan yeni RetroVa Vintage Imaging Kit adlı məhsulu Kickstarter üzərindən maliyyələşdirməyə çıxarıb.
    RetroVa Imaging Kit for iPhone 16 Pro/17 Pro Series by PGYTECH — Kickstarter
        Yeni aksesuar dəsti dizayn baxımından Vivo və Oppo üçün hazırlanmış kamera kitlərini xatırladır. Komplektə daxili batareyaya malik kamera tutacağı, mexaniki idarəetmələr və əsas yenilik kimi 2.35x telefoto lens extender daxildir. Digər oxşar aksesuarlardan fərqli olaraq, bu kitdə microSD kart yuvası da yer alır. RetroVa Imaging Kit iPhone 16 Pro və Pro Max, eləcə də iPhone 17 Pro və Pro Max modelləri üçün təqdim olunur. Qeyd edək ki, bu aksesuar Apple tərəfindən rəsmi olaraq dəstəklənmir, buna görə də telefoto lens yalnız PGYTech-in öz kamera tətbiqi vasitəsilə işləyir və Apple-ın standart Kamera tətbiqi ilə uyğun deyil.
        Bazarda iPhone üçün ayrıca obyektivlər mövcud olsa da, bu səviyyədə tam kamera dəsti nadir hallarda rast gəlinir. Daha əvvəl PGYTech-in oxşar avadanlıqları VivoOppo flaqmanlarında sınaqdan keçirilib və telefoto extender yüksək görüntü keyfiyyəti ilə seçilib. Lakin qoruyucu keyfin material keyfiyyəti müəyyən suallar doğurur. Yeni iPhone üçün RetroVa dəstinin qiyməti 229,95 dollar olaraq müəyyən edilib. Kickstarter-də erkən sifariş verənlər üçün isə qiymət 184 dollara qədər enir.
    Paylaş
    Bənzər xəbərlər