Logo
    main-post-cover

    Vivo WATCH 5 smart saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.04.2025
    Emil
         Vivo şirkəti Vivo Pad 5 Pro flaqman planşeti ilə yanaşı öz yeni smart saatını da təqdim edib. Şirkətin yeni smart saatı Vivo WATCH 5 adlanır. Bu yeni smart saat öz yüngül gövdəsi ilə seçilir. Belə ki, onun çəkisi cəmi 32 qram təşkil edir. Smart saat dairəvi gövdə dizaynını əldə edib və 60 Hz-lik təsvir yenilənməsinə sahib 466x466 piksel keyfiyyətli 1.43 düym ölçülü AMOLED ekranla təchiz olunub. Vivo WATCH 5-in gövdəsində fırlana bilən düymə və ayrıca naviqasiya düyməsi mövcuddur.
         Smart saat, qan təzyiqini, ürək döyüntüləri ritmini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə bilir. Bundan əlavə cihaz 100-dən çox idman rejimini dəstəkləyir. Vivo WATCH 5 smart saatı 505 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Adi saat rejimində cihaz 22 gün ərzində intensiv çalışma rejimində isə 11 gün ərzində çalışa bilir. Smart saat 29 aprel tarixində Çində satışa çıxacaq və onun qiyməti 111$ təşkil edəcək. Smart saatın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş