Vivo WATCH GT 2 ağıllı saatı təqdim edilib - QİYMƏTİ
Vivo öz yeni ağıllı saatını təqdim edib. Söhbət, Vivo WATCH GT 2-dən gedir. Bu yeni smart saat kvadrat formalı gövdə dizaynını əldə edib. O, 60 Hz-lik təsvir yenilənməsinə sahib 514x432 piksel keyfiyyətli 2.07 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2400 nit təşkil edir. Ağıllı saat ürək döyüntüləri ritmini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyətini monitorinq edə bilir. Bununla yanaşı ağıllı saat 100-dən çox idman rejimini dəstəkləyir. Vivo WATCH GT 2 həmçinin eSIM dəstəyinə sahibdir. Ağıllı saat iki variantda təqdim olunur. Birinci variant Bluetooth dəstəyinə, ikinci versiya isə eSIM dəstəyinə sahibdir. Bluetooth dəstəyinə sahib versiyanın batareya həcmi 695 mAh, eSIM dəstəyinən sahib versiyanın batareya həcmi isə 595 mAh təşkil edir. Nəticədə Bluetooth dəstəyinə sahib versiya 33 gün ərzində, eSIM dəstəyinə sahib versiya isə 8 gün ərzində çalışır. Vivo WATCH GT 2 yaxın günlərdə satışa çıxacaq. Bluetooth dəstəyinə sahib versiyanın qiyməti 70$, eSIM dəstəyinə sahib versiyanın qiyməti isə 98$ təşkil edəcək.
Paylaş