
Vivo X Fold 3 Pro-nun qlobal versiyasının təqdimatı anons edilib
Cihazlar+
23.05.2024
Emil
Vivo şirkəti mart ayında təqdim edilmiş qatlana bilən vivo X Fold 3 Pro smartfonunun qlobal versiyasının təqdimatını anons edib. Beləliklə şirkət tərəfindən təqdim edilmiş posterə əsasən vivo X Fold 3 Pro-nun qlobal versiyası 6 iyun tarixində təqdim olunacaq. Təqdimat tədbiri Hindistanda baş tutacaq. Smartfon ilk növbədə Hindistanda və müəyyən müddətdən sonra digər regionlarda satışa çıxacaq.

Qeyd etmək lazımdır ki, vivo X Fold 3 Pro-nun qlobal versiyası texniki göstəricilər baxımından Çində satılan versiyadan fərqlənməməlidir. Gözləntilərə əsasən smartfonun qlobal versiyası Çində satılan versiya kimi 8.03 düym ölçülü daxili ekranla, 6.53 düym ölçülü xarici ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Üstəlik qlobal versiya özündə 50 MP + 50 MP + 64 MP üçlü arxa kameranı və 5700 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
