Logo
    main-post-cover

    Vivo X Fold 3 Pro-ya aid olduğu güman edilən batareya həcmi açıqlanıb

    Cihazlar+
    16.01.2024
    Emil
         2023-cü ilin sonlarına yaxın insayderlər xəbər vermişdilər ki, 2024-cü ildə Çinin smartfon brendləri öz əsas diqqətlərini cihazlarının batareya həcmlərinin artırılmasına ayıracaqlar. Görünür, bu, şirkətlərin adi smartfonlarını deyil, həmçinin qatlana bilən smartfonlarını da əhatə edəcək. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən vivo şirkəti hal-hazırda daxilində iki ədəd batareyaya sahib olan smartfon üzərində çalışır. Məlumata əsasən iki batareyanın ümumi həcmi 5500 mAh təşkil edir. Bununla yanaşı insayder bildirib ki, smartfonun daxilində olan iki ədəd batareya 100 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını dəstəkləyir. Gözləntilərə əsasən sözügedən iki batareyanı vivo-nun yeni qatlana bilən smartfonu olacaq vivo X Fold 3 Pro əldə edəcək.
    Paylaş