main-post-cover

    Vivo X100 flaqman smartfonu AnTuTu-da növbəti rekorda imza atıb

    Cihazlar+
    31.10.2023
    Emil Nəcəfov
         Vivo şirkəti hal hazırda vivo X100 adlı yeni smartfon seriyasını təqdim etməyə hazırlaşır. Sözügedən seriyaya vivo X100, X100 Pro X100 Pro+ modelləri daxil olmalıdırlar. İndi isə məlum olub ki, vivo X100 modeli AnTuTu testlərindən keçib. Məlumatda qeyd edilib ki, AnTuTu testlərindən smartfonun 16 GB RAM-a və 1 TB daxili yaddaş həcminə sahib versiyası keçib.
         Həmçinin məlum olub ki, AnTuTu testlərindən keçmiş vivo X100 MediaTek-in yaxın günlərdə təqdim edəcəyi Dimensity 9300 flaqman prosessoru vasitəsilə çalışır. Beləliklə vivo X100 smartfonu AnTuTu testlərində ümumilikdə 2 249 858 xal toplayıb. Nəticədə Dimensity 9300 prosessoruna sahib bu smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışan smartfonlardan daha güclü olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3-ə sahib Xiaomi 14 Pro smartfonu AnTuTu testlərində ümumilikdə 2.1 milyon xal toplayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bu ilin üçüncü rübündə alıcılar arasında ən məşhur olmuş smartfon brendlərinin adları açıqlanıb
    bu-ilin-ucuncu-rubunde-alicilar-arasinda-en-meshur-olmus-smartfon-brendlerinin-adlari-aciqlanib