Logo
    main-post-cover

    Vivo X100 flaqman smartfonunun tenxiki göstəriciləri təqdim edilib

    Cihazlar+
    06.11.2023
    Emil
         Vivo şirkəti 13 noyabr tarixində vivo X100 flaqman smartfon seriyasını təqdim edəcək. Bu seriyaya vivo X100, X100 ProX100 Pro+ modelləri daxil olacaqlar. Təqdimata sayılı günlər qalmış Digital Chat Station ləqəbli məşhur insayder vivo X100 modelinin bəzi texniki göstəriciləri barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən vivo X100 smartfonu BOE şirkətinin istehsalı olan 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfon MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM ilə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı vivo X100-ün gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunacaq.
    Paylaş