
Vivo X100 smartfon seriyasının daha bir yeni modeli hazırlanır
Cihazlar+
27.02.2024
Emil
Vivo şirkəti keçən ilin sonunda vivo X100 və vivo X100 Pro smartfonlarını təqdim etdi. İndi isə şirkət vivo X100 Ultra modelinin təqdimatına hazırlaşır. Lakin məlum olub ki, şirkət vivo X100 seriyasının daha bir smartfonu üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən söhbət, vivo X100s adlı smartfondan gedir. İnsayderin sözlərinə əsasən vivo X100s smartfonu Full HD+ keyfiyyətli OLED ekranı əldə edəcək və MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Vivo X100s-in nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
