Logo
    main-post-cover

    Vivo X100 Ultra smartfonu barəsində məlumatlar verilib

    Cihazlar+
    16.01.2024
         Vivo şirkəti keçən il vivo X100 smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya vivo X100 X100 Pro modelləri daxildir. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən şirkət hal-hazırda vivo X100 Ultra flaqman smartfonu üzərində çalışır. İnsayderin sözlərinə əsasən vivo X100 Ultra smartfonunun əsas arxa kamerası Sony LYT900 kamera obyektivi olacaq. Bununla yanaşı smartfon 50 MP-lik ultra geniş bucaqlı obyektivi əldə edəcək. Teleobyektiv isə smartfonda 200 MP-lik olacaq və o, 200 qat hibrid zoom özəlliyini özündə birləşdirəcək. Bununla yanaşı insayder bildirib ki, vivo X100 Ultra smartfonu ikitərəfli peyk rabitəsi texnologiyasının dəstəyini əldə edəcək. Vivo X100 Ultra-nın nə zaman təqdim olunacağı hələ bilinmir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...