Vivo X100-ün rəsmi render fotoları təqdim edilib
Cihazlar+
03.11.2023
Emil Nəcəfov
Vivo şirkəti artıq 13 noyabr tarixində vivo X100 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya vivo X100, X100 Pro və X100 Pro+ modelləri daxil olacaqlar. Lakin şirkət təqdimat tədbirini gözləmədən adi vivo X100 modelinin render fotolarını təqdim edib. Render fotolardan da görmək olar ki, adi vivo X100 modeli bazara minimum iki gövdə rəngində satışa çıxacaq. Narıncı və mavi.
Narıncı gövdə rənginə sahib versiya özündə süni dəri ilə örtülmüş arxa paneli, mavi gövdə rənginə sahib versiya isə özündə şüşə materialdan hazırlanmış arxa paneli birləşdirəcək. Bununla yanaşı render fotolara əsasən smartfon ZEISS şirkətinin istehsalı olan üçlü arxa kameranı əldə edəcək. Vivo X100-ün 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekrana əldə edəcəyi və MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Vivo X100 flaqman smartfon seriyasının təqdimatı anons edilib
Vivo X100 flaqman smartfon seriyasının təqdimatı anons edilib
Vivo şirkəti vivo X100 flaqman smartfon seriyasının təqdimatını anons edib.
Vivo X100-ün ilk rəsmi render fotosu təqdim edilib
Vivo X100-ün ilk rəsmi render fotosu təqdim edilib
Vivo şirkətinin top menecerlərindən biri vivo x100 flaqman smartfonunun ilk rəsmi render fotosunu təqdim edib.
Vivo X100 flaqman smartfonu AnTuTu-da növbəti rekorda imza atıb
Vivo X100 flaqman smartfonu AnTuTu-da növbəti rekorda imza atıb
Vivo şirkəti hal hazırda vivo X100 adlı yeni smartfon seriyasını təqdim etməyə hazırlaşır.
Bu ilin üçüncü rübündə alıcılar arasında ən məşhur olmuş smartfon brendlərinin adları açıqlanıb
Bu ilin üçüncü rübündə alıcılar arasında ən məşhur olmuş smartfon brendlərinin adları açıqlanıb
Counterpoint Research analitik şirkəti bu ilin üçüncü rübündəki satış həcmləri üzrə ən məşhur smartfon brendlərinin reytinqini təqdim edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!