main-post-cover

    Vivo X100s Pro smartfonunun bəzi texniki imkanları məlum olub

    Cihazlar+
    04.04.2024
    Sabina Rustamli
         Vivo şirkəti yaxın zamanda vivo X100s Pro smartfonunu təqdim etməlidir. İndi isə bu smartfonun Google Play Console-da ortaya çıxdığı məlum olub. Bunun sayəsində smartfonun bəzi özəllikləri barəsində təfərrüatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən vivo X100s Pro smartfonu MediaTek Dimensity 9300 prosessoru ilə təchiz olunacaq. Smartfon həmçinin 2800x1260 piksel keyfiyyətli ekrana sahib olacaq və özündə 16 GB RAM-ı birləşdirəcək. Bununla yanaşı Google Play Console vasitəsilə məlum olub ki, vivo X100s Pro qutudan Android 14-ü əldə edəcək. Qeyd etmək lazımdır ki, vivo X100s Pro ilə yanaşı vivo şirkəti həmçinin adi vivo X100s-i də təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən vivo X Fold 3 Pro qlobal bazarda satışa çıxacaq
    qatlana-bilen-vivo-x-fold-3-pro-qlobal-bazarda-satisa-cixacaq
    Vivo Pad 3 Pro planşeti təqdim olunub - QİYMƏTİ
    vivo-pad-3-pro-planseti-teqdim-olunub-qiymeti
    Qatlana bilən vivo X Fold 3 və X Fold 3 Pro smartfohnları təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-vivo-x-fold-3-ve-x-fold-3-pro-smartfohnlari-teqdim-olunub-qiymeti
    Vivo Pad 3 planşetinin təqdimatı anons edilib
    vivo-pad-3-plansetinin-teqdimati-anons-edilib
    Qatlana bilən vivo X Fold 3 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    qatlana-bilen-vivo-x-fold-3-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib