Logo
    main-post-cover

    Vivo X100s smartfonunun fotoları ortaya çıxıb

    Cihazlar+
    26.04.2024
         Vivo şirkəti vivo X100s smartfon seriyasını təqdim etməyə hazırlaşır. Bu seriyaya adi vivo X100s ilə birlikdə həmçinin vivo X100s Pro da daxil olmalıdır. İndi isə internetdə adi vivo X100s-in fotoları ortaya çıxıblar. Ortaya çıxmış fotolara əsasən bu smartfon xarici görünüşcə keçən il təqdim edilmiş vivo X100-ə bənzəyəcək. Fotolardan da görmək olar ki, vivo X100s smartfonu yastı gövdəni və ekranı əldə edəcək.
         Onun arxa panelində isə dairəvi formalı böyük kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 3 ədəd obyektiv olacaq. Gözləntilərə əsasən vivo X100s-in arxa kamera göstəriciləri adi vivo X100-ün kamera göstəriciləri ilə eyni olacaq. Yəni söhbət, 50 MP + 50 MP + 64 MP üçlü arxa kameradan gedir. Məlumata əsasən vivo X100s smartfonu MediaTek Dimensity 9300 Plus prosessoru vasitəsilə çalışacaq. Sözügedən prosessor isə 7 may tarixində təqdim olunacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Vivo X100s smartfonunun fotoları ortaya çıxıb | Technote