main-post-cover

    Vivo X100s və X100s Pro smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    14.05.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo X100s smartfon seriyasını və vivo X100 Ultra smartfonunu təqdim edib. Bu xəbərdə biz, vivo X100s smartfon seriyasına nəzər yetirəcəyik. Növbəti xəbərdə isə vivo X100 Ultra barəsində danışacağıq. Beləliklə vivo X100s smartfon seriyasına iki model daxil olub. Vivo X100s və X100s Pro. Bu smartfonlar xarici görünüşcə demək olar eynidirlər. Adi vivo X100s modeli yastı gövdəyə və ekrana sahib olduğu halda vivo X100s Pro modelinin ekranının kənar hissələri bir qədər əyilmiş dizaynda hazırlanıb. Bu smartfonlar bəzi texniki göstəricilər baxımından da eynidirlər. Beləliklə hər iki smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2800x1260 piksel keyfiyyətli 6.78 düym LTPO OLED ekranla təchiz olunub.
         Smartfonlarda ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası hər iki smartfonda ekrana inteqrasiya edilib. Smartfonların gövdələri həm IP68 həm də IP69 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Onlar özlərində stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər. Hər iki smartfon MediaTek Dimensity 9300 Plus prosessoru vasitəsilə çalışır və özündə 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir. Adi vivo X100s modeli 50 MP + 50 MP + 64 MP üçlü arxa kameranı, vivo X100s Pro modeli isə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı əldə edib. Hər iki smartfonda ön kamera 32 MP-likdir.
         Batareyaya gəldikdə isə vivo X100s modeli 100 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyaya, vivo X100s Pro modeli isə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5400 mAh enerji tutumlu batareyaya sahibdir. Üstəlik vivo X100s Pro modeli 50 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini də əldə edib. Hər iki smartfon qutudan Android 14 vasitəsilə çalışır. Vivo X100s smartfonları bu ay ərzində satışa çıxacaqlar. Onların qlobal bazarda satılıb-satılmayacaqları isə hələ bilinmir. Çində vivo X100s-in qiyməti 555$-dan, vivo X100s Pro-nun qiyməti isə 690$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən vivo X Fold 3 Pro smartfonu qlobal bazarda təqdimata hazırlaşır
    qatlana-bilen-vivo-x-fold-3-pro-smartfonu-qlobal-bazarda-teqdimata-hazirlasir
    Vivo X100s, X100s Pro və X100 Ultra smartfonlarının təqdimatları anons edilib və onların satış qiymətləri məlum olub
    vivo-x100s-x100s-pro-ve-x100-ultra-smartfonlarinin-teqdimatlari-anons-edilib-ve-onlarin-satis-qiymetleri-melum-olub
    Təqdimata hazırlaşan vivo X100s smartfonunun real fotoları təqdim edilib
    teqdimata-hazirlasan-vivo-x100s-smartfonunun-real-fotolari-teqdim-edilib
    Vivo X100 Ultra flaqman smartfonunun kamera göstəriciləri açıqlanıb
    vivo-x100-ultra-flaqman-smartfonunun-kamera-gostericileri-aciqlanib
    Vivo V30e smartfonu təqdim olunub - QİYMƏTİ
    vivo-v30e-smartfonu-teqdim-olunub-qiymeti