Vivo şirkəti öz yeni flaqman smartfonlarının təqdimatlarını anons edib. Söhbət, vivo X100s, X100s Pro və X100 Ultra smartfonlarından gedir. Bu smartfonlar barəsində son zamanlarda çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə onların nə zaman təqdim olunacaqları məlum olub. Beləliklə vivo-nun rəsmi anonsuna əsasən bu yeni flaqman smartfonlar 13 may tarixində Çində təqdim olunacaqlar.
Qeyd etmək lazımdır ki, vivo X100s və X100s Pro smartfonları keçən il təqdim edilmiş vivo X100 və X100 Pro smartfonlarının bir qədər təkmilləşdirilmiş versiyaları olacaqlar. Vivo X100s smartfonlarının MediaTek Dimensity 9300 Plus prosessoru vasitəsilə çalışacaqları gözlənilir. Vivo X100 Ultra-ya gəldikdə isə o, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalıdır. Bununla yanaşı bu smartfonların hansı RAM və daxili yaddaş göctəricilərində satışa çıxacaqları və onların hansı satış qiymətlərinə sahib olacaqları məlum olub. Ortaya çıxmış bu məlumatlarla aşağıdakı siyahıda tanış ola bilərsiniz.
Vivo X100s:
- 12 GB RAM + 256 GB yaddaş - 555$
- 16 GB RAM + 512 GB yaddaş - 610$
- 16 GB RAM + 1 TB yaddaş - 720$.
Vivo X100s Pro:
- 12 GB RAM + 256 GB yaddaş - 695$
- 16 GB RAM + 512 GB yaddaş - 775$
- 16 GB RAM + 1 TB yaddaş - 860$.
Vivo X100 Ultra:
- 12 GB RAM + 256 GB yaddaş - 930$
- 16 GB RAM + 512 GB yaddaş - 1040$
- 16 GB RAM + 1 TB yaddaş - 1180$.