Logo
    main-post-cover

    Vivo X200 FE haqqında ilk məlumatlar təqdim edilib

    Cihazlar+
    07.05.2025
    Emil
         Smartprix saytı Vivo X200 smartfon seriyasının növbəti modeli barəsində ilk məlumatları təqdim edib. Söhbət, Vivo X200 FE-dən gedir. Məlumata əsasən təqdimata hazırlaşan bu yeni smartfon kompakt ölçüyə, lakin flaqman texniki imkanlara sahib olacaq. Smartprix bildirib ki, Vivo X200 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.31 düym ölçülü LTPO OLED ekranla təchiz olunacaq. Smartfon MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda smartfonun özündə 50 MP + 8 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirəcəyi gözlənilir. Bununla yanaşı Vivo X200 FE 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Məlumatda qeyd edilib ki, Vivo X200 FE artıq iyul ayında təqdim olunacaq.
    Mənbə: Smartprix
    Paylaş