main-post-cover

    Vivo X200 flaqman smartfon seriyasının təqdimatı anons edilib

    Cihazlar+
    13.09.2024
    Emil Nəcəfov
         Vivo şirkəti növbəti təqdimat tədbirini anons edib. Şirkətin təqdim etmiş olduğu posterə əsasən vivo-nun növbəti təqdimat tədbiri 14 oktyabr tarixində Çində baş tutacaq. Şirkət baş tutacaq tədbirdə hansı məhsulların təqdim olunacağı barəsində məlumat verməyib. Lakin bəzi məlumatlara əsasən 14 oktyabr tarixində məhz vivo X200 flaqman smartfon seriyası təqdim olunacaq. Gözləntilərə əsasən vivo X200 smartfon seriyasına minimum 3 model daxil olacaq. Vivo X200, vivo X200 Provivo X200 Pro+. Çox güman ki, vivo X200 və X200 Pro modelləri MediaTek Dimensity 9400 prosessoru, X200 Pro+ modeli isə Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaqlar. Bununla yanaşı smartfonlar OLED ekranları əldə etməli və özlərində 5000 mAh-dan daha böyük həcmli batareyaları birləşdirməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo T3 Ultra adlı yeni subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    vivo-t3-ultra-adli-yeni-subflaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo Y300 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y300-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo Y37 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y37-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo T3 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-t3-pro-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo X200 smartfon seriyasının təqdimat müddəti açıqlanıb
    vivo-x200-smartfon-seriyasinin-teqdimat-muddeti-aciqlanib