main-post-cover

    Vivo X200 Mini smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib

    Cihazlar+
    20.09.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo X200 smartfon seriyasının təqdimatına hazırlaşır. Bu smartfon seriyası 14 oktyabr tarixində təqdim olunacaq. Gözləntilərə əsasən sözügedən smartfon seriyasına vivo X200 və X200 Pro modellərindən əlavə olaraq X200 Mini modeli də daxil olacaq. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində vivo X200 Mini barəsində yeni təfərrüatları təqdim edib. İnsayderin sözlərinə əsasən vivo X200 Mini smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 50 MP-lik olacaq.
         50 MP-lik əsas arxa kamerada f/1.57 diafraqmaya sahib 1/1.28 düym ölçülü Sony IMX06C kamera sensorundan istifadə ediləcək. Məlumatda qeyd edilib ki, vivo-nun bu yeni smartfonu üstəlik 50 MP-lik ultra geniş bucaqlı kameranı və f/2.57 diafraqmaya sahib Sony IMX882 adlı 50 MP-lik periskop kameranı əldə edəcək. Gözləntilərə əsasən vivo X200 smartfonu Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq və 5500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Ekrana gəldikdə isə onun 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.3 düym ölçülü ekranla təchiz olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo V40 Lite smartfonunun təqdimatı anons edilib
    vivo-v40-lite-smartfonunun-teqdimati-anons-edilib
    Vivo X200 flaqman smartfon seriyasının təqdimatı anons edilib
    vivo-x200-flaqman-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    Vivo T3 Ultra adlı yeni subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    vivo-t3-ultra-adli-yeni-subflaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo Y300 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y300-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo Y37 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y37-pro-smartfonu-teqdim-edilib-qiymeti