Logo
    main-post-cover

    Vivo X200 Pro daha təkmilləşdirilmiş əsas arxa kameranı əldə edəcək

    Cihazlar+
    12.08.2024
    Emil
         Biz artıq dəfələrlə məlumat vermişik ki, vivo şirkəti hal-hazırda vivo X200 smartfon seriyası üzərində çalışır. Bu seriyaya minimum iki model daxil olacaq. Vivo X200 və X200 Pro. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder vivo X200 Pro-nun əsas arxa kamerası barəsində məlumatlar verib. İnsayderin sözlərinə əsasən şirkət vivo X200 Pro-nun əsas arxa kamerasını təkmilləşdirəcək. Belə ki, bu smartfonda Sony şirkətinin 22 nanometrlik kamerasından istifadə ediləcək. Söhbət, 50 MP-lik əsas arxa kameradan gedir.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan vivo X100 Pro modeli Sony-nin 40 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış Sony IMX989 adlı 50 MP-lik əsas arxa kamerasına sahibdir. Məlumatda qeyd edilib ki, vivo X200 Pro-da istifadə ediləcək 22 nanometrlik əsas arxa kameranın sensorunun ölçüsü 1/1.28 düym təşkil edəcək. Bununla belə kamera f/1.57 diafraqmaya sahib olacaq. Bunun sayəsində kamera daha çox işığı qəbul edə biləcək və nəticədə daha keyfiyyətli fotoları çəkə biləcək. Bundan əlavə olaraq vivo X200 Pro-nun 200 MP-lik periskop kameraya və 50 MP-lik ultra geniş bucaqlı kameraya sahib olacağı gözlənilir. Vivo X200 smartfon seriyası bu ilin sonuna kimi təqdim olunmalıdır.
    Paylaş