main-post-cover

    Vivo X200 Pro mini ilə iPhone 16 Pro arasında müqayisə aparılıb

    Cihazlar+
    27.09.2024
    Emil Nəcəfov
         Bir neçə gün bundan öncə məlum oldu ki, 14 oktyabr tarixində təqdim olunacaq vivo X200 smartfon seriyasına vivo X200 və X200 Pro ilə yanaşı həmçinin X200 Pro mini modeli də daxil olacaq. İndi isə vivo-nun top menecerlərindən biri vivo X200 Pro mini modeli ilə iPhone 16 Pro müqayisəsini əks etdirən fotonu təqdim edib. Təqdim edilmiş fotoda bu iki smartfon arasında uzunluq və qalınlıq məsələlərində müqayisə aparılıb.
         Fotodan da görmək olar ki, vivo X200 Pro mini smartfonu kompakt ölçülü smartfonları sevənləri heç də sevindirməyəcək. Belə ki, onun uzunluğu iPhone 16 Pro-nun uzunluğu ilə demək olar eynidir. Çox güman ki, vivo X200 Pro mini modelinin ekran ölçüsü iPhone 16 Pro-nun ekran ölçüsü ilə eyni olacaq. Bununla yanaşı fotoya əsasən vivo-nun yeni smartfonu iPhone 16 Pro ilə müqayisədə o qədər də nazik olmayacaq. Son məlumatlara əsasən vivo X200 Pro mini smartfonu MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X200-ün xarici görünüşü rəsmi şəkildə sərgilənib
    vivo-x200-un-xarici-gorunusu-resmi-sekilde-sergilenib
    Vivo qatlana bilən vivo X Fold 4 smartfonu üzərində çalışır
    vivo-qatlana-bilen-vivo-x-fold-4-smartfonu-uzerinde-calisir
    Vivo V40 Lite və V40 Lite 4G smartfonları təqdim edilib - QİYMƏTİ
    vivo-v40-lite-ve-v40-lite-4g-smartfonlari-teqdim-edilib-qiymeti
    Vivo X200 smartfon seriyasında mini modelin olacağı təsdiqlənib
    vivo-x200-smartfon-seriyasinda-mini-modelin-olacagi-tesdiqlenib
    Orta büdcəli vivo V40e smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-v40e-smartfonu-teqdim-edilib-qiymeti