
Vivo X200 seriyasında daha iki yeni smartfon təqdim ediləcək
Cihazlar+
19.11.2024
Emil
Vivo şirkəti keçən ay vivo X200 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 3 model daxil oldu. Vivo X200, X200 Pro və X200 Pro mini. Lakin bu, şirkətin vivo X200 seriyası ilə işinin bitdiyi demək deyil. Belə ki, ortaya çıxmış məlumata əsasən vivo gələn il vivo X200 seriyasına daxil olacaq daha iki modeli təqdim edəcək. Məlumatda qeyd edilib ki, təqdim olunacaq yeni vivo X200 smartfonları öz aralarında ekran mövzusunda fərqlənəcəklər.
Belə ki, təqdim olunacaq iki smartfondan biri 1.5K keyfiyyətli ekranı, digəri isə 2K keyfiyyətli ekranı əldə edəcək. Qeyd etmək lazımdır ki, vivo keçən il vivo X100 və X100 Pro modellərini təqdim edəndən bir müddət sonra daha bir neçə modeli təqdim etdi. Söhbət, vivo X100s, X100s Pro və X100 Ultra modellərindən gedir. Görünür, şirkət bu strategiyasını davam etdirəcək. Həmçinin bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət gələn ilin əvvəlində vivo X200 Ultra smartfonunu təqdim etməlidir. Çox güman ki, yeni məlumatda barələrində bəhs edilən smartfonlardan biri də məhz elə vivo X200 Ultra modelidir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
