main-post-cover

    Vivo X200 smartfon seriyasında mini modelin olacağı təsdiqlənib

    Cihazlar+
    25.09.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo X200 smartfon seriyasının təqdimatına hazırlaşır. Bu smartfon seriyasının təqdimatı 14 oktyabr tarixində baş tutacaq. Daha öncə ortaya çıxmış məlumat sızıntılarında qeyd edilmişdi ki, vivo X200 smartfon seriyasına vivo X200 və X200 Pro ilə yanaşı mini adlı model də daxil olacaq. İndi isə vivo X200 seriyasının mini versiyasının mövcudluğu şirkətin brend meneceri tərəfindən təsdiqlənib. Lakin daha öncə smartfonun vivo X200 mini adlanacağı güman edilirdisə, indi məlum olub ki, smartfon vivo X200 Pro mini adlanacaq. Vivo şirkətinin brend meneceri Jia Jingdong adı qeyd edilmiş smartfon vasitəsilə Çinin Weibo adlı sosial şəbəkəsində paylaşım etməklə vivo X200 Pro mini modelinin mövcudluğunu təsdiqləyib. Çox güman ki, vivo X200 Pro mini modeli adi vivo X200 Pro-nun kompakt ölçülü versiyası olacaq. Kompakt ölçüdə olmasına baxmayaraq smartfon özündə flaqman texniki özəllikləri birləşdirməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli vivo V40e smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-v40e-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo X200 Mini smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib
    vivo-x200-mini-smartfonu-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    Vivo V40 Lite smartfonunun təqdimatı anons edilib
    vivo-v40-lite-smartfonunun-teqdimati-anons-edilib
    Vivo X200 flaqman smartfon seriyasının təqdimatı anons edilib
    vivo-x200-flaqman-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    Vivo T3 Ultra adlı yeni subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    vivo-t3-ultra-adli-yeni-subflaqman-smartfonu-teqdim-edilib-qiymeti