
Vivo X200 smartfon seriyasının təqdimat müddəti açıqlanıb
Cihazlar+
27.08.2024
Emil
Vivo şirkəti aktiv şəkildə vivo X200 smartfon seriyasının təqdimatına hazırlaşır. İndi isə bu smartfon seriyasının təqdimat müddəti barəsində məlumat verilib. Beləliklə Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən vivo X200 smartfonları oktyabr ayının üçüncü həftəsində təqdim olunacaqlar. Smartfonlar 14, 15, 16 oktyabr tarixlərindən birində təqdim olunmalıdırlar. Qeyd etmək lazımdır ki, bu seriyaya minimum 3 model daxil olacaq. Vivo X200, X200 Pro və X200 Mini. Vivo X200 və X200 Mini modellərinin MediaTek Dimensity 9400 prosessoru, vivo X200 Pro modelinin isə Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaqları gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
