main-post-cover

    Vivo X200 smartfonlarının ekranları barəsində məlumatlar verilib

    Cihazlar+
    02.07.2024
    Emil Nəcəfov
         Vivo şirkəti bir neçə aydan sonra vivo X200 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya vivo X200 və vivo X200 Pro smartfonları daxil olmalıdırlar. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfonlar barəsində bəzi məlumatları təqdim edib. Onun təqdim etmiş olduğu məlumatlar bu smartfonların ekranlarını əhatə edirlər. Beləliklə insayderin sözlərinə əsasən adi vivo X200 modeli 1.5K keyfiyyətli 6.4-6.5 düym ölçülü yastı ekranla təchiz olunacaq.
           Daha öncə məlumat ortaya çıxmışdı ki, vivo X200 kompakt ölçülü smartfon olacaq. İnsayderin təqdim etmiş olduğu məlumat isə həmin məlumat sızıntısını təsdiqləyir. Vivo X200 Pro-ya gəldikdə isə insayder bildirib ki, o, 1.5K keyfiyyətli 6.7 düym ölçülü ekranı əldə edəcək. Bununla belə vivo X200 Pro modelinin ekranının kənar hissələri əyilmiş dizaynda hazırlanacaq. Qeyd etmək lazımdır ki, hər iki smartfonun MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bu smartfonlar böyük ehtimal ilə ya oktyabr ayının sonunda ya da noyabr ayının əvvəlində təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo Pad 3 subflaqman planşeti təqdim edilib - QİYMƏTİ
    vivo-pad-3-subflaqman-planseti-teqdim-edilib-qiymeti
    Qlobal bazarda vivo V40 və V40 Lite smartfonları təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-vivo-v40-ve-v40-lite-smartfonlari-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo Y28 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y28-4g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo V40 Lite smartfonunun render fotosu ortaya çıxıb və texniki imkanları təqdim edilib
    vivo-v40-lite-smartfonunun-render-fotosu-ortaya-cixib-ve-texniki-imkanlari-teqdim-edilib
    Vivo V40 smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
    vivo-v40-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-teqdim-edilib