
Vivo X200 smartfonlarının hansı prosessoru əldə edəcəkləri rəsmi şəkildə açıqlanıb
Cihazlar+
09.10.2024
Emil
Vivo şirkəti 14 oktyabr tarixində vivo X200 smartfon seriyasının təqdimatını keçirəcək. Təqdimata az müddət qalmış şirkət bu smartfon seriyasının hansı prosessor vasitəsilə çalışacağını açıqlayıb. Beləliklə vivo tərəfindən təqdim edilmiş posterə əsasən vivo X200 smartfonları yenicə təqdim edilmiş MediaTek Dimensity 9400 prosessorunu əıldə edəcək ilk smartfonlar olacaqlar. Qeyd etmək lazımdır ki, bu ayın sonuna gözlənilən OPPO Find X8 smartfonlarının da bu prosessor vasitəsilə çalışacaqları gözlənilir. Vivo X200 seriyasına 3 smartfon daxil olmalıdır. Vivo X200, X200 Pro və X200 Pro mini.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
