
Vivo X200 Ultra-nın kamera göstəriciləri açıqlanıb
Cihazlar+
25.12.2024
Emil
Vivo şirkəti oktyabr ayında Vivo X200 smartfon seriyasını təqdim etdi. Bu seriyaya Vivo X200, X200 Pro və X200 Pro mini modelləri daxil oldular. İndi isə şirkət Vivo X200 Ultra modelini təqdim etməyə hazırlaşır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Vivo X200 Ultra-nın kameraları barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən sözügedən smartfon üçlü arxa kamera ilə təchiz olunacaq.
Əsas arxa kamera 200 MP-lik olacaq və o, optik stabilizasiya dəstəyinə sahib olacaq. Əsas arxa kamera saniyədə 120 kadr sürətlə 4K keyfiyyətində videolar çəkə biləcək. Smartfonun yerdə qalan iki arxa kamerasından hər biri isə 50 MP-lik olacaq. Bununla yanaşı insayder bildirib ki, Vivo X200 Ultra-nın arxa kamera sahəsinin dizaynında dəyişiklik olacaq. Qeyd etmək lazımdır ki, oktyabr ayında təqdim edilmiş Vivo X200 smartfonlarında arxa kamera sahəsi dairəvidir. Vivo X200 Ultra-nın 2025-ci ilin əvvəlində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
