main-post-cover

    Vivo X200-ün keyfiyyətli maket fotoları ortaya çıxıb

    Cihazlar+
    01.08.2024
    Emil Nəcəfov
         Vivo şirkətinin bu ilin sonuna kimi təqdim edəcəyi vivo X200 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə internetdə bu smartfon seriyasına daxil olacaq adi vivo X200-ün maketinin keyfiyyətli fotoları ortaya çıxıb. Ortaya çıxmış maket fotoları sayəsində smartfonun xarici görünüşünü qiymətləndirmək olar. Beləliklə ortaya çıxmış fotolara əsasən vivo X200 smartfonu xarici görünüşcə vivo X100-ə bənzəyəcək. Lakin bununla belə yeni smartfonda bir dizayn fərqliliyi olacaq.
         Belə ki, vivo X200-də ön panel, arxa panel və kənar hissələr yastı olacaqlar. Keçən ilki vivo X100 smartfonunda isə bu gövdə elementləri yuvarlaq formaya sahibdirlər. Vivo X100 kimi vivo X200-ün də arxa panelində dairəvi formalı kamera sahəsi yerləşəcək. Son məlumat sızıntılarına əsasən vivo X200 smartfonu 1.5K keyfiyyətli 6.5 düym ölçülü ekranı əldə edəcək və MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq. Üstəlik bu smartfonun özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Vivo X200-ün vivo X200 Pro ilə birlikdə noyabr ayında təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İlin sonuna kimi təqdim ediləcək Vivo X200 smartonu barəsində yeni məlumatlar verilib
    ilin-sonuna-kimi-teqdim-edilecek-vivo-x200-smartonu-baresinde-yeni-melumatlar-verilib
    Vivo gələn il qarışıq reallıq cihazını təqdim edəcək
    vivo-gelen-il-qarisiq-realliq-cihazini-teqdim-edecek
    Vivo V40 SE 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    vivo-v40-se-4g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo V40 Pro smartfonu Geekbench testlərindən keçib
    vivo-v40-pro-smartfonu-geekbench-testlerinden-kecib
    Vivo X200 smartfonlarının ekranları barəsində məlumatlar verilib
    vivo-x200-smartfonlarinin-ekranlari-baresinde-melumatlar-verilib