Vivo X200-ün xarici görünüşü rəsmi şəkildə sərgilənib
Cihazlar+
26.09.2024
Emil Nəcəfov
Təqdimata hazırlaşan vivo X200 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Qeyd etmək lazımdır ki, bu smartfon seriyasının təqdimatı 14 oktyabr tarixində baş verəcək. Bu dəfə vivo-nun məhsullar üzrə meneceri vivo X200 smartfonunun dizaynını əks etdirən fotonu təqdim edib. Təqdim edilmiş fotoya əsasən vivo X200 minimum iki gövdə rəngi variantında satışa çıxacaq. Ağ və göy. Bununla yanaşı fotodan da görmək olar ki, smartfonun arxa panelində dairəvi formada böyük ölçülü kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera ilə LED işıqlandırma olacaq. Bununla yanaşı kamera sahəsinin daxilində Zeiss yazısını görmək olar. Bu isə o deməkdir ki, vivo X200 smartfonlarının kameraları mövzusunda Zeiss şirkəti ilə əməkdaşlıq davam edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Vivo qatlana bilən vivo X Fold 4 smartfonu üzərində çalışır
Vivo qatlana bilən vivo X Fold 4 smartfonu üzərində çalışır
Vivo şirkəti bu ilin mart ayında vivo X Fold 3 və X Fold 3 Pro adlı qatlana bilən smartfonlarını təqdim etmişdi. İndi isə məlum olub ki, şirkət artıq yeni qatlana bilən smartfonu üzərində çalışır.
Vivo V40 Lite və V40 Lite 4G smartfonları təqdim edilib - QİYMƏTİ
Vivo V40 Lite və V40 Lite 4G smartfonları təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti dünən orta büdcəli vivo V40e smartfonunu təqdim etdi. İndi isə şirkət daha iki yeni smartfonunu təqdim edib. Söhbət, vivo V40 Lite və vivo V40 Lite 4G-dən gedir.
Vivo X200 smartfon seriyasında mini modelin olacağı təsdiqlənib
Vivo X200 smartfon seriyasında mini modelin olacağı təsdiqlənib
Vivo şirkəti vivo X200 smartfon seriyasının təqdimatına hazırlaşır. Bu smartfon seriyasının təqdimatı 14 oktyabr tarixində baş tutacaq.
Orta büdcəli vivo V40e smartfonu təqdim edilib - QİYMƏTİ
Orta büdcəli vivo V40e smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, vivo V40e-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Vivo X200 Mini smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib
Vivo X200 Mini smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib
Vivo şirkəti vivo X200 smartfon seriyasının təqdimatına hazırlaşır. Bu smartfon seriyası 14 oktyabr tarixində təqdim olunacaq.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib