main-post-cover

    Vivo X200, X200 Pro, X200 Pro mini smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.10.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo X200 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya 3 model daxil olub. Vivo X200, X200 ProX200 Pro mini. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. İlk növbədə vivo X200 və X200 Pro modellərinə nəzər yetirək. Vivo X200 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü LTPS AMOLED ekranla, X200 Pro modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü LTPO AMOLED ekranla təchiz olunub. Hər iki smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Üstəlik hər iki smartfonda barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Bundan əlavə olaraq smartfonların gövdələri IP68/69 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdirlər. Vivo-nun bu yeni smartfonları MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışan ilk smartfonlar oldular. Hər iki smartfon özündə 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir. Adi vivo X200 modeli 50 MP (f/1.57 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, avtofokus) + 50 MP (f/2.57 diafraqma, 100 qat rəqəmsal zoom) üçlü arxa kamera, vivo X200 Pro modeli isə 50 MP (f/1.57 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, avtofokus) + 200 MP (f/2.67 diafraqma, optik stabilizasiya, 3.7 qat optik zoom, 100 qat rəqəmsal zoom) üçlü arxa kamera ilə təchiz olunub.
         Hər iki smartfonda ön kamera 32 MP-likdir. Batareya mövzusunda adi vivo X200 modeli 90 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareyanı, vivo X200 Pro modeli isə 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı əldə edib. Üstəlik vivo X200 Pro modeli 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. İndi isə vivo X200 Pro mini modelinə nəzər yetirək. Mini modeli vivo X200 Pro-nun ölçü baxımından kompakt versiyası olsa da, bəzi texniki göstəricilər baxımından ondan fərqlənir.
         Beləliklə vivo X200 Pro mini smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.31 düym ölçülü LTPO AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Üstəlik barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Digər vivo X200 modelləri kimi vivo X200 Pro mini modelinin də gövdəsi IP68/69 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda smartfon 50 MP (f/1.57 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, avtofokus) + 50 MP (f/2.57 diafraqma, 3 qat optik zoom, 100 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə vivo X200 Pro mini 90 vatt gücündə sürətli şarj texnologiyalı 5700 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Hər 3 smartfon qutudan Android 14 vasitəsilə çalışır. Vivo X200 və X200 Pro modelləri 19 oktyabr tarixində, X200 Pro mini modeli isə 25 oktyabr tarixində Çində satışa çıxacaqlar. Onların satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib vivo X200 - 606$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib vivo X200 - 663$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib vivo X200 - 705$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib vivo X200 - 776$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib vivo X200 Pro - 748$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib vivo X200 Pro - 847$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib vivo X200 Pro - 917$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib vivo X200 Pro mini - 663$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib vivo X200 Pro mini - 748$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib vivo X200 Pro mini - 818$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X200 smartfonlarının hansı prosessoru əldə edəcəkləri rəsmi şəkildə açıqlanıb
    vivo-x200-smartfonlarinin-hansi-prosessoru-elde-edecekleri-resmi-sekilde-aciqlanib
    Təqdimata hazırlaşan vivo X200 Pro mini-nin videosu ortaya çıxıb
    teqdimata-hazirlasan-vivo-x200-pro-mini-nin-videosu-ortaya-cixib
    Vivo şirkəti artıq vivo V50 smartfon seriyası üzərində çalışır
    vivo-sirketi-artiq-vivo-v50-smartfon-seriyasi-uzerinde-calisir
    Təqdimata az müddət qalmış vivo X200 Pro-nun əsas texniki imkanları açıqlanıb
    teqdimata-az-muddet-qalmis-vivo-x200-pro-nun-esas-texniki-imkanlari-aciqlanib
    Vivo X200 smartfonlarının müxtəlif gövdə rənglərində fotoları ortaya çıxıb
    vivo-x200-smartfonlarinin-muxtelif-govde-renglerinde-fotolari-ortaya-cixib