Logo
    main-post-cover

    Vivo X200s flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    21.04.2025
    Emil
         Vivo şirkəti Vivo X200s adlı yeni flaqman smartfonunu təqdim edib. Şirkətin bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo X200s smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1260 piksel keyfiyyətli 6.67 düym ölçülü BOE Q10 ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Vivo X200s-in gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Smartfon Mediatek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə Vivo X200s smartfonu 90 vatt gücündə sürətli şarj texnologiyalı 6200 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 40 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir.Vivo X200s artıq Çində satışa çıxıb və onun qiyməti 587$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş