Logo
    main-post-cover

    Vivo X300 və X300 Pro flaqman smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.10.2025
    Emil
         Vivo şirkəti öz yeni flaqman smartfon seriyasını təqdim edib. Söhbət, Vivo X300 seriyasından gedir. Bu seriyaya 2 model daxil olub: Vivo X300 və X300 Pro. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də bəzi texniki imkanlar baxımından fərqlənirlər. Vivo X300 modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2640х1216 piksel keyfiyyətli 6.31 düym ölçülü OLED ekranla, Vivo X300 Pro modeli isə 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2400х1260 piksel keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunub. Hər iki modeldə ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Bununla yanaşı sözügedən smartfonlarda gövdə IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Hər iki smartfon MediaTek Dimensity 9500 prosessoru vasitəsilə çalışır. Vivo X300 modeli 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini, Vivo X300 Pro modeli isə 16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Hər iki smartfon özündə 200 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Vivo X300 modeli 6040 mAh enerji tutumlu batareya ilə, Vivo X300 Pro modeli isə 6510 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki model 90 vatt gücündə sürətli naqilli şarj texnologiyasının və 40 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edib. Smartfonlar yaxın günlərdə Çində satışa çıxacaqlar. Vivo X300-ün qiyməti 618$-dan, Vivo X300 Pro-nun qiyməti isə 744$-dan start götürəcək.
    Paylaş