
Vivo yeni qatlana bilən smartfonlar üzərində çalışır
İnsayderlərin vermiş olduqları məlumata əsasən vivo şirkəti yeni qatlana bilən smartfonlar seriyası üzərində çalışır. Məlumatda qeyd edilib ki, hazırlanan yeni seriyaya minimum 3 ədəd qatlana bilən smartfon daxil olacaq. İnsayderlər həmin smartfonların adlarını da qeyd ediblər. Söhbət, vivo X Fold 3, vivo X Fold 3 Pro və qatlana bilən qapaqlı vivo Flip 2-dən gedir.
Təəssüflər olsun ki, bu smartfonlardan heç birinin texniki göstəriciləri barəsində məlumat verilməyib. Sadəcə olaraq güman etmək olar ki, bu yeni qatlana bilən smartfonlar Qualcomm və MediaTek-in flaqman prosessorları vasitəsilə çalışacaqlar. Vivo-nun bu smartfonlarını yaxın zamanda gözləmək də lazım deyil. Belə ki, onlar 2024-cü ilin birinci yarısında təqdim olunmalıdırlar.
Paylaş