Logo
    main-post-cover

    Vodafone ucqar ərazilər üçün Amazon-un LEO peyklərindən istifadə edəcək

    Cihazlar+
    02.03.2026
    Ilhama
        Technote.az "TNW” platformasına istinadən bildirir ki, Vodafone Group mobil şəbəkələrin ən köhnə problemlərindən biri olan ucqar ərazilərdə yerləşən baza stansiyalarının əsas şəbəkəyə qoşulmasına yeni həll tapmağa çalışır. Şirkət Amazon tərəfindən qurulan aşağı Yer orbitli (LEO) peyk internet şəbəkəsindən istifadə etmək barədə razılıq əldə edib. Bu əməkdaşlıq çərçivəsində peyklər birbaşa istifadəçilərin telefonlarına qoşulmayacaq. Məqsəd 4G və 5G baza stansiyalarını fiber və ya mikrodalğalı rabitə xətləri olmadan operatorun əsas şəbəkəsinə bağlamaqdır. Yəni peyklər “orta məsafə” (middle mile/backhaul) rolunu oynayacaq.
    Vodafone taps Amazon satellites to connect Europe and Africa | News.az
        Xüsusilə Almaniyanın kənd rayonlarında, Avropanın dağlıq ərazilərində və Afrikanın az məskunlaşmış bölgələrində fiber kabel çəkmək həm baha, həm də vaxt aparan prosesdir. Peyk bağlantısı isə bu problemi daha çevik və iqtisadi şəkildə həll edə bilər.
        Bildirilən sürət göstəriciləri təxminən:
    • 1 Gbps yükləmə (download)
    • 400 Mbps yükləmə (upload)
        Bu göstəricilər peyk texnologiyasını tamamilə yerüstü şəbəkəni əvəz edən alternativə çevirməsə də, müasir 4G və 5G baza stansiyalarının işləməsi üçün kifayət qədərdir. İlkin mərhələdə layihə Almaniyada və digər Avropa ölkələrində başlayacaq, daha sonra isə Vodafone-un Afrika bölməsi olan Vodacom vasitəsilə qitəyə genişlənəcək. Hazırda orbitdə 200-dən çox LEO peyki var və yaxın illərdə bu sayın artacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər