Logo
    main-post-cover

    Xbox Cloud Gaming üçün reklamlı pulsuz tarif 2026-cı ildə gəlir

    Cihazlar+
    19.01.2026
    Sevinc
        Technote.az “Insider Gaming” platformasına istinadən bildirir ki, Xbox Cloud Gaming üçün reklama əsaslanan yeni pulsuz tarifin 2026-cı ildə istifadəyə veriləcəyi bildirilir. Mövzu ilə bağlı yayımlanan yeni hesabatda bu modelin necə işləyəcəyi barədə ilk detallara yer verilib.
    Microsoft reportedly mulls ad-infested free Xbox Cloud Gaming plan — Game  Pass Ultimate subscriber allegedly catches ad during game loading | Tom's  Hardware
        Keçən il yayılan məlumatlara əsasən, Microsoft Game Pass abunəliyi tələb etməyən, reklamlarla dəstəklənən pulsuz Xbox Cloud Gaming variantını test edirdi. Son günlərdə internetdə yayılan teaser görüntülər isə bu planın reallaşmağa yaxın olduğunu göstərir. Həmin görüntülərdə “reklam dəstəkli sessiya başına 1 saat oyun vaxtı” ifadəsi yer alır. Windows Central-ın məlumatına görə, reklamlar mövcud Cloud Gaming paketlərinə deyil, tamamilə ayrıca bir tarifə aid olacaq. Bu tarifdən istifadə edən oyunçular yalnız özlərinin rəqəmsal olaraq satın aldıqları Xbox oyunlarını stream edə biləcəklər. Xbox Game Pass kitabxanasına isə giriş olmayacaq.
        Ən vacib dəyişikliklərdən biri isə Cloud Gaming-dən istifadə üçün Game Pass abunəliyi tələb olunmamasıdır. Məlumata görə, Microsoft hazırda sessiya limiti və aylıq pulsuz oyun saatları üzərində testlər aparır. Keçən ilki sınaqlarda bir sessiya üçün 1 saat, aylıq isə maksimum 5 saat pulsuz oyun vaxtı nəzərdə tutulurdu, lakin bu rəqəmlər rəsmi təqdimata qədər dəyişə bilər.
    Paylaş