Logo
    main-post-cover

    Xbox oyunu “Grounded” PlayStation Plus-a gəlir

    Cihazlar+
    26.05.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Sony iyun ayı üçün PlayStation Plus abunəçilərinə təqdim ediləcək aylıq oyunları açıqlayıb. Bu dəfə siyahının ən diqqətçəkən oyunu isə Xbox-a məxsus studiya tərəfindən hazırlanmış “Grounded” olub. Xbox-a məxsus Obsidian Entertainment tərəfindən hazırlanan “Grounded” oyunu iyun ayında PlayStation Plus istifadəçilərinə təqdim ediləcək. Oyun əvvəlcə Xbox və PC platformalarında təqdim edilmiş, daha sonra isə 2024-cü ilin aprelində PlayStation və Nintendo Switch üçün istifadəyə verilmişdi.
    A person wearing a backpack crouches next to and looks at a large bug.
        Bu addım Microsoft-un son illərdə eksklüziv oyun strategiyasını yumşaltmasının növbəti nümunələrindən biri hesab olunur. Beləliklə, əvvəllər yalnız Xbox ekosisteminə aid olan bəzi layihələr artıq PlayStation istifadəçilərinə də açılır. İyun ayının digər PlayStation Plus oyunları isə “Nickelodeon All-Star Brawl 2” və “Warhammer 40,000: Darktide” olacaq. “Nickelodeon All-Star Brawl 2” məşhur Nickelodeon personajlarını bir araya gətirən döyüş oyunu, “Warhammer 40,000: Darktide” isə birinci şəxs atıcı janrında hazırlanmış layihədir.
        Bütün oyunlar iyunun 2-dən etibarən PlayStation Plus abunəçiləri üçün əlçatan olacaq.
    Paylaş