Xiaomi 12 flaqman smartfon seriyası təqdim olunub - QİYMƏTİ

Xiaomi 12 flaqman smartfon seriyası təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
28.12.2021 PAYLAŞIM

    Xiaomi şirkəti ilin sonunda Xiaomi 12 adlı yeni flaqman smartfon seriyasını təqdim edib. Təqdim edilmiş yeni smartfon seriyasına 3 model daxil olub: Xiaomi 12, 12 Pro 12X. İlk öncə Xiaomi 12-dən başlayaq. Şirkət sözügedən modelin hazırlanması zamanı onun kompakt ölçüdə olmasına diqqət ayırıb. Lakin bununla belə smartfon öz kompakt ölçüsündə flaqman özəllikləri birləşdirir. Xiaomi-nin CEO-su Lei Jun-un sözlərinə əsasən iPhone 13 ilə müqayisədə Xiaomi 12-dən istifadə daha rahatdır. Belə ki, smartfonun eni cəmi 69.9 mm təşkil edir. Lakin bununla belə onun ekran ölçüsü iPhone 13-ün ekran ölçüsündən 8% daha böyükdür. Beləliklə Xiaomi 12 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.28 düym OLED ekran ilə təchiz olunub.


    Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfon ekranı Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Ekran həmçinin Dolby Vision texnologiyasının dəstəyinə sahibdir. Əsas texniki göstəricilərə gəldikdə isə Xiaomi 12 modeli Snapdragon 8 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş hcəmi, 50 MP + 13 MP (123 dərəcə bucaq təsviri) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, 32 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Qeyd etmək lazımdır ki, smartfon həmçinin 50 vatt gücündə naqilsiz və 10 vatt gücündə ikitərəfli sürətli şarj texnologiyalarını dəstəkləyir. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur. Xiaomi 12 modeli MIUI 13 interfeysi vasitəsilə çalışır. Smartfon yaxın günlərdə Çin bazarında satışa çıxacaq. Onun qlobal versiyası barəsində məlumatlar daha sonra veriləcək. Smartfonun Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimidir:

- 8 GB RAM + 128 GB yaddaş - 580$

- 8 GB RAM + 256 GB yaddaş - 629$

- 12 GB RAM + 256 GB yaddaş - 690$.

    Xiaomi 12 Pro modeli daha böyük ölçüyə və daha təkmilləşdirilmiş texniki özəlliklərə sahibdir. Belə ki, smartfon hər biri 50 MP olan 3 ədəd arxa kamera, 120 vatt gücündə sürətli şarj texnologiyalı batareya və unikal səs sistemi ilə təchiz olunub. Beləliklə Xiaomi 12 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.73 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı Xiaomi 12-də olduğu kimi Pro modelin ekranı da Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

    Smartfon özündə 4 ədəd stereo səsgücləndiricini birləşdirir. Səsgücləndiricilər Dolby Atmos texnologiyasının dəstəyinə sahibdirlər. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP  + 50 MP + 50 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə olaraq smartfon 50 vatt gücündə naqilsiz və 10 vatt gücündə ikitərəfli sürətli şarj texnologiyalarını dəstəkləyir. Smartfon MIUI 13 interfeysi vasitəsilə çalışır. Onun Çin bazarında satışları yaxın günlərdə start götürəcək. Satış qiymətləri isə aşağıdakı kimidir:

- 8 GB RAM + 128 GB yaddaş - 738$

- 8 GB RAM + 256 GB yaddaş - 785$

- 12 GB RAM + 256 GB yaddaş - 848$.

    Xiaomi 12X modeli adi Xiaomi 12-nin bir qədər sadələşdirilmiş versiyasıdır. O daha fərqli prosessor ilə təchiz olunub və adi Xiaomi 12-nin bəzi özəlliklərindən məhrum olub. Həmçinin Xiaomi 12X modeli xarici görünüşcə və ölçü baxımından da Xiaomi 12 modeli ilə eynidir. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.28 düym OLED ekran ilə təchiz olunub. Əvvəlki iki Xiaomi 12 modeli kimi Xiaomi 12X-in ekranı da Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.

    Əsas texniki göstəricilər baxımından Xiaomi 12X modeli Snapdragon 870 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 13 MP (123 dərəcə bucaq təsviri) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, 32 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin Dolby Atmos dəstəkli stereo səsgücləndiricilərə sahibdir. Xiaomi 12X modeli MIUI 13 interfeysi vasitəslə çalışır. Smartfon yaxın günlərdə Çin bazarında satışa çıxacaq. Onun satış qiymətləri aşağıdakı kimidir:

- 8 GB RAM + 128 GB yaddaş - 502$

- 8 GB RAM + 256 GB yaddaş - 550$

- 12 GB RAM + 256 GB yaddaş - 597$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Motorola brendi 200 MP-lik kameraya sahib Frontier kod adlı yeni flaqman smartfo..

Dekabr ayında Motorola brendi Moto Edge X30 adlı flaqman smartfon modelini təqdim etmişdi.


Google şirkətinin ilk qatlana bilən smartfonunun sxematik animasiyası ortaya çıx..

Google şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb.


iPhone 14 Pro modellərinin ekranları fərqli ölçülərə sahib iki ədəd çıxıntı ilə ..

Apple şirkətinin öz növbəti iPhone modellərinin ekranları üzərlərindəki ənənəvi çıxıntı hissədən imt..


Qatlana bilən Xiaomi Mix Fold 2 barəsində ilk məlumatlar verilib

Keçən il Xiaomi şirkəti özünün Mix Fold adlı ilk qatlana bilən smartfon modelini təqdim etmişdi. ..


Motorola brendi Xiaomi Mi Mix Alpha tərzində olacaq smartfon üzərində çalışır..

2019-cu ildə təqdim edilmiş konseptual Xiaomi Mi Mix Alpha smartfonu, bütün gövdəsi ekran ilə əhatə ..


Xiaomi Black Shark 5 gamer smartfonunun bəzi texniki özəllikləri barəsində məlum..

Dünən məlumat ortaya çıxmışdı ki, Çinin ən böyük şirkətlərindən biri olan Tencent Xiaomi-nin Black S..

×