main-post-cover

    Xiaomi 12 Lite smartfonunun real fotoları ortaya çıxıb

    Cihazlar+
    27.04.2022
    Farid Pardashunas
        İnternetdə Xiaomi 12 Lite smartfon modelinin real fotoları ortaya çıxıb. Smartfonun yaxın zamanda təqdim ediləcəyi gözlənilir. Daha öncə ortaya çıxmış məlumatlara əsasən Xiaomi 12 Lite modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfyyətli AMOLED ekran ilə təchiz olunacaq. Ortaya çıxmış fotolardan da görmək olar ki, ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun Snapdragon 778G prosessoru və Snapdragon X53 5G modemi ilə təchiz olunacağı gözlənilir. Smartfonun arxa panelində 3 ədəd kamera obyektivi mövcud olacaq. Fotolardan da görmək olar ki, həmin kameralardan ən əsası 108 MP-lik olacaq. Ön kameranın isə 32 MP olacağı güman edilir. Böyük ehtimalla Xiaomi 12 Lite modeli MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışacaq və 67 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər