main-post-cover

    Xiaomi 12 smartfonunun rəsmi render fotoları təqdim edilib

    Cihazlar+
    23.12.2021
    Farid Pardashunas
        Xiaomi şirkəti 28 dekabr tarixində Xiaomi 12 flaqman smartfon seriyasını təqdim edəcək. İndi isə OnLeaks ləqəbli məşhur insayder Xiaomi 12 smartfonunun rəsmi render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi 12-nin arxa paneli Xiaomi Mi 11-in xüsusi versiyasının arxa panelinə bənzəyir. Smartfonun arxa panelində 3 ədəd kamera yerləşdirilib və onlardan ən əsası böyük ölçülü obyektivə sahibdir. Məlumata əsasən həmin obyektiv 50 MP-lik olacaq.
        Ön paneldən smartfon 6.28 düym ekran ilə əhatə edilib və ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılıb. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ümumilikdə Xiaomi 12-nin xarici görünüşü Xiaomi Mi 11T Mi 11T Pro modellərini xatırladır. Əvvəlki məlumat sızıntılarına əsasən Xiaomi 12 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, Snapdragon 8 Gen 1 prosessoru və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər